Modern.az

Tiflisdə müxalifətin mitinqi dağıdılıb, ölən var

Tiflisdə müxalifətin mitinqi dağıdılıb, ölən var

26 May 2011, 10:21


Bir neçə gün idi ki, Tiflisdə hökumət əleyhinə şüarlarla çıxış edən 3 minədək etirazçı sabiq spiker Nino Burcanadzenin rəhbərliyi ilə mitinq keçirirdi. Mitinqdə prezident Mixail Saakaşvilinin istefası tələb olunurdu. Aksiyaçılar mayın 26-da müstəqillik günü münasibətilə keçiriləcək parada mane olmaq istəyirdilər.
Hakimiyyət bundan əvvəl elan etmişdi ki, təntənəli tədbirlərin keçirilməsinə maneə törədənlərə qarşı qanun çərçivəsində addımlar atılacaq. Aksiya iştirakçılarına ötən gecəyədək meydanda qalmağa icazə verilmişdi.

Prezidentin istefası şüarları ətrafında birləşən müxalifətin 5 günlük aramsız mitinqi ötən gecə dağıdılıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə saat 24:00 radələrində xüsusi təyinatlı polis qüvvələri aksiyanı dağıdarkən rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə olunub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 1 polis əməkdaşı ölüb. Onun müxalifət liderlərindən birinin maşının altında qaldığı bildirilir.
Bundan başqa, 19 mitinq iştirakçısının xəsarət aldığı bildirilir. Müxalifət lideri N.Burcanadzenin oğlunun həbs olunduğu qeyd edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular