Bu gün Azərbaycanın birinci vitse-prezidenti, birinci xanım, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 53 yaşı tamam olur.
Modern.az-ın məlumatına görə, birinci vitse-prezident Mehriban Əliyevanın qızları sosial şəbəkələrdə analarını təbrik ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi Instagram səhifəsində Mehriban Əliyevanın nəvəsi ilə çəkilmiş fotosunu paylaşıb. Leyla Əliyeva fotoya "Happy birthday First Lady” ("Ad günün mübarək, Birinci xanım”) şərhini yazıb.
Arzu Əliyeva isə öz səhifəsində anasının fotosunu paylaşaraq "Happy birthday, Mehriban Aliyeva” ("Doğum günün mübarək, Mehriban Əliyeva)”- yazıb.