Bu gün Topaz Premyer Liqada üçüncü turun oyunlarına yekun vurulub. Modern.az xəbər verir ki, son oyun günündə "Qarabağ" öz meydanında "Qəbələ"ni qəbul edib. Qarşılaşma "Qarabağ"ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda "Qarabağ"ın oyunçuları Mahir Mədətov və Miçel fərqlənib. "Qəbələ"nin yeganə qolunu isə Jozef Monros vurub.
Qeyd edək ki, turun digər görüşlərində "Zirə" "Sumqayıt"a 3-1, "İnter" "Səbail"ə 1-0 hesabı ilə qalib gəlib. "Neftçi" isə öz meydanında "Kəpəz"lə oyundan qolsuz bərabərliklə ayrılıb.
Modern.az