Modern.az

Cəlilabadda ər arvadını dəmir linglə qətlə yetirdi

Cəlilabadda ər arvadını dəmir linglə qətlə yetirdi

27 Avqust 2017, 00:29

Cəlilabadda ər arvadını dəmir alətlə qətlə yetirib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 43 yaşlı İsmayıl Əliağa oğlu İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İ.İsmayılov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi