Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Kürdə su qalxıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Kürdə su qalxıb"

Təhsil

26 May 2011, 11:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, 21-25 may 2011-ci il tarixlərində respublikanın əksər ərazilərinə yağan leysan xarakterli yağışlar nəticəsində Kürə tökülən çaylarda sululuq artaraq və nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb.
Belə ki, 24-25 may tarixlərində Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 36, Surrada 54, Şirvanda 30, Salyanda 18, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 53 sm artıb. Hazırda Kür çayının aşağı axınında müşahidə olunan səviyyələr keçən illə müqayisədə xeyli aşağıdır. Belə ki, mayın 25-də müşahidə olunan hazırki səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Zərdab məntəqəsində 143, Surrada 163, Şirvanda 155, Bankədə 100, Araz çayının Novruzlu məntəqəsində isə 208 sm aşağıdı.

Modern.az



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular