Modern.az

Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb

Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb

Aktual

28 Avqust 2017, 13:31

Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Hacıqabul şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məcnun Rzayev və Elbrus Abbasov müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon Polis şöbəsinə təhvil veriblər.

 

Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abdulabad kənd sakini Ağasadıq İsgəndərovdan müvafiq sənədləri olmayan “TOZ-M-18” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

 

Digər əməliyyat tədbirləri ilə Abdulabad kənd sakinləri Murad İbrahimovdan və Sübhan Ağayevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi