Modern.az

Azərbaycan-Rusiya sərhədində sıxlıq

Azərbaycan-Rusiya sərhədində sıxlıq

Aktual

28 Avqust 2017, 18:37

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb:

 

"Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir".

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi