Modern.az

Üzərində saxta Azərbaycan pasportu olan “qanuni oğru” saxlanılıb

Üzərində saxta Azərbaycan pasportu olan “qanuni oğru” saxlanılıb

28 Avqust 2017, 19:41

Üzərində saxta Azərbaycan pasportu olan gürcü “qanuni oğru” saxlanılıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin şəxs Rusiyanın Şimali Osetiya Respublikasındasaxlanılıb.

Rusiyanın Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin yaydığı məlumata görə, “Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb.

O, saxta sənədlərlə sərhədi keçməyə çalışıb: "Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib. Saxlanılan şəxsin üzərində qismən və ya tam saxtalaşdırılmış bir neçə sənəd aşkar edilib. Amma onlardan heç biri onun əsl kimliyini göstərən sənəd olmayıb”.

Qeyd edək ki, saxlanan şəxsin adı açıqlanmır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi