Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.
“VAZ 2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Modern.az