Modern.az

Hindistanda qatar qəzası, azı 20 nəfər yaralanıb

Hindistanda qatar qəzası, azı 20 nəfər yaralanıb

29 Avqust 2017, 08:36

Hindistanın Maxaraştra ştatında sərnişin qatarı relsdən çıxıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Naqpur-Mumbay marşrutu ilə hərəkət edən qatarın 6 vaqonu relsdən çıxıb. Hazırda sözügedən istiqamətdə qatarların hərəkətində fasilə yaranıb.

Hadisənin səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi