Modern.az

Qusarda 2145 kiloqram çətənə kolu məhv edilib

Qusarda 2145 kiloqram çətənə kolu məhv edilib

Aktual

29 Avqust 2017, 11:42

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.

 

 

Modern.az xəbər verir ki,  Qusar Rayon Polis Şöbəsi (RPŞ) Şahdağ Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsinə başlanılıb.

 

 

Həyata keçirilən kompleks yoxlama və əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kəndində yerləşən çay kənarı ərazidə ümumi çəkisi 2145 kiloqram olan 3380 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Şahdağ PB əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

Qusar RPŞ-nin Şahdağ PB-də qeyd edilən faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.

 

 

Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi