Modern.az

Məhərrəm ayının vaxtı bəlli olub

Məhərrəm ayının vaxtı bəlli olub

Aktual

29 Avqust 2017, 11:42

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən, bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

 

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq. 

 

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər