Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlanın axtarışı nəticəsiz qalır.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Hələlik axtarış işləri nəticə verməyib.