Modern.az

“Çelsi”-“Qarabağ” oyununa getmək istəyənlərə ŞAD XƏBƏR  

“Çelsi”-“Qarabağ” oyununa getmək istəyənlərə ŞAD XƏBƏR  

Aktual

29 Avqust 2017, 16:06

Böyük Britaniyanın Bakıdakı səfirliyi “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi