Modern.az

Goranboy deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların cavabları)

Goranboy deyəndə ilk yada düşən nə olur..? (Tanınmışların cavabları)

26 May 2011, 15:40


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. 
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. 
“Rayonlar nəyi ilə tanınır..?” laiyihəsi çərcivəsində müxtəlif rayonlar haqqında söhbət açmışıq. Bu həftə də Goranboy rayonun nə ilə tanındığı öyrənməyə çalışdıq... 

Goranboylular vətənpərvər insanlardır…”

Millət vəkili Elman Məmmədov  bildirdi ki, Goranboy rayonun adı çəkiləndə burda işğal olunmuş bölgələrdən olan insanların məskunlaşdığı rayon yada düşür.  “Hazırda Goranboydayam. Burada Goranboya birləşik bir ərazidə 9 mərtəbəli binaların əsası qolulub. Biz indi Xocalının icra başçısı Şahmar Usubovla bu məsələni müzakirə edirik”.
Millət vəkili qeyd etdi ki, bu rayonun adı çəkiləndə işğal altında olan torpaqlarımızı da xatırlayır: “Goranboy deyəndə eyni zamanda qacqınlarımızı xatırlayıram. Arzu edirəm ki, burdan Xocalıya, Şuşaya, Laçına və digər işğal olunmuş rayonlara gedək”.
Goranboyluların hər hansı xüsusiyyətlərinə görə fərqlənib fərqlənmədiklərinə gəlincə, E.Məmmədov bildirdi ki, bu rayonun insanları vətənpərvər və zəhmətkeş olmaları ilə secilir: “Bu rayonun insanları olduqca mərddirlər. Onlar Goranboy torpaqlarını ermənilərdən azad ediblər. Yuxarı və Aşağı Ağckəndi vaxtilə ermənilər işğal etmişdi. Bu kəndləri sovet höküməti salmışdı, adını da Şaumyan qoymuşdular. İndi isə Azərbaycan türklərinin yaşayıs məskənidir”.

“Sürgün olunmuş qohumumu xatırlayıram...”

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı bildirdi ki, bu rayonun adı öncə "Goran" dəmiryol stasıyasını ona xatırladır: “Goran isə yəqin ki, "qeran" adlı güldən götürülüb. "Ətirşah" deməkdir. Gör, o stansiyanın adı "Ətirşah" olsaydı, necə gözəl olardı!”.
S.Alışarlı qeyd etdi ki, bu adla bağlı eyni zamanda 1950-ci ildə Naxçıvandan Goranboya sürgün edilmiş atasının bibisi oğlu da yadına düşür: “1960-70-ci illərdə bizə qonaq gələndə, yerli raykom katibinin ədalətsizliyinə görə tez-tez Qasım İsmayılovun gorunu söyürdü. Mən "Maestro" romanımda onun obrazını bir az yaratmışam”.
“Nəhayət, Goranboy rayonu çox gözəl bir Azərbaycan xanımı ilə mənim xatirimdə yaşayır. Onun adını deməkdə çətinlik çəkirəm, çünki çoxlarına bu ad tanışdır. Yeri gəlmişkən, ona buradan atəşin salamlar göndərirəm”-deyə S.Alışarlı əlavə etdi.

“Qarabağ yadıma düşür...”

Jurnalist Azər Həsrət söylədi ki, Goranboy deyəndə Qarabağ və Qarabağ ətrafında baş verən hadisələr yadına düşür: “Bu rayon haqqında çox danışmaq imkanım yoxdur. Çünki orda olmamışam. Ancaq rayon haqqında ümumi fikirlərim var. Düşmənlə üz-üzə olan rayondur. Müharibə vaxtı Goranboydan olan çox sayda gənc, eləcə də yaşlı insanlar da müharibəyə getdi”.
Goranboyluların fərqli xüsusiyyətinə gəlincə, A.Həsrət bildirdi ki, rayon insanlarını fərqləndirən hər hansı bir xüsusiyyət yoxdur: “Azərbaycan o qədər də böyük əraziyə malik olmadığından fərqli cəhətlər o qədər də özünü biruzə vermir. Bəzi rayonlar var ki, onların insanları həqiqətən fərqlənir, hətta xarici ölkələrdə belə onlar haqqında fikirlər olur. Məsələn, Şəki deyəndə hamının üzündə təbbəsüm yaranır. Naxçıvan, Xacmaz, Quba, Qusar bölgəsinin insanları da fərqlənir. Amma goranboyluları fərqləndirən hər hansı bir xüsusiyyətin olub, olmadığını bilmirəm”.

“Goranboyu tanınmış simaları ilə tanıyıram...”

Xalq şairi Vaqif Səmədoğlu bildirdi ki, rayonlarımız onun üçün ilk növbədə o yerlərdən çıxmış şəxsiyyətləri, tanınmış simaları ilə əzizdir: “Təəssüflər olsun ki, orada uşaqlıqda daha çox olmuşam nəinki sonralar. Atam aparıb məni o yerlərə ova. Mənimçin yurdumuzun hər guşəsi əzizdir. Bu sözlərim ritorik səslənsə də həqiqətdir. Heyfsləndiyim məsələlər də olur rayonlarımızla bağlı... Ən çox heyfsləndiyim, Xanlar rayonunun Göygöl olmasıdır.
Xanlar rayonunun adınn dəyişdirilməsinə təəssüf hissini isə xalq şairi belə izah etdi: “Ona görə çox böyük siyasi, tarixi səhvə yol verdik! Oranın adı Hellehdorfdu. Tarixi adını qaytarıb, orda yaşamış almanların varislərə bəyan etməliydik ki, gəlib ata-baba yurdlarına yiyə dursunlar. Və onlar gələcəkdilər. Erməni separatizmini qarşında bir alman anklavı da duracaqdı”.
V. Səmədoğlu bildirdi ki, əlbətdə müxtəlif bölgələrdən olan insanlarda müəyyən fərqli cəhətlər olur. Elə Goranboy rayonun insanlarını da tanıdan xüsusiyyətlər var: “Ordan çıxmış ləyaqətli insanları tanıyıram. Oralı dostlarım da var”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI