Dörd gün əvvəl yol polisi əməkdaşları Gədəbəydə reyd keçirib. Reyd zamanı minik avtomobillərindən birinin sürücüsü, rayonun Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı polislərin qanuni tələblərini yerinə yetirməyiblər. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, daha sonra isə polis əməkdaşları ilə əlbəyaxa mübahisə ediblər və ərazini tərk edərək məsuliyytədən yayınmağa çalışıblar. Lakin polisinin keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər əvvəllər rayon ərazisində bir neçə dəfə avtoxuliqanlıq ediblər.
Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini və sərxoş olduğu üçün polislə dalaşdığını bildirib.
Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. O, əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.
İçkinin və əsəbin toruna düşən şəxslər məsuliyyətdən yaxa qurtara bilməyiblər.
Modern.az