Modern.az

ABŞ-da qasırğa 30 nəfəri öldürdü

ABŞ-da qasırğa 30 nəfəri öldürdü

Aktual

30 Avqust 2017, 08:58

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qəza xidmətləri hazırda dağıntıları, aşan ağacları və avtomobilləri yığışdırmağa davam edirlər.

 

Qasırğa xəbərdarlığı üzrə ABŞ milli mərkəzi məlumat verir ki, "Harvi" qasırğası hazırda tropik fırtına səviyyəsinə qədər zəifləyib. Eyni zamanda sinoptiklər "çox ciddi daşqınlar" təhlükəsi barədə xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən dağıdıcı qasırğa olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək