Modern.az

Bakıda gənc qadın və rəfiqəsinə 12 bıçaq zərbəsi vuruldu

Bakıda gənc qadın və rəfiqəsinə 12 bıçaq zərbəsi vuruldu

30 Avqust 2017, 09:00

Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.

 

"Report" xəbər verir ki, hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.

 

1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi