Modern.az

Zooprakda hansı heyvanlar günvurmadan ölüb...  

Zooprakda hansı heyvanlar günvurmadan ölüb...   

30 Avqust 2017, 09:10

Yay isti havalarla xarakterizə olunan fəsildir. Temperaturun artmasının insanlara təsiri məlumdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu cür hava şəraiti digər canlılara, o cümlədən heyvanlara da təsir edir.

Maraqlıdır, bu yay Bakı Zooparkında istilərə görə ölən, gün vuran və ya zərər çəkən heyvanlar olubmu?

Bakı şəhər Zooloji Parkının şöbə müdiri Aynur Hacıyeva Modern.az-a bildirib ki, heyvanları isti havalardan qorumaq üçün müəyyən  tədbirlər görülüb. Ona görə də istilərə görə zərər çəkən heyvan olmayıb:

“Yay aylarında heyvanları istidən qorumaq üçün adətən onların su hovuzları gün ərzində iki-üç dəfə yenilənir. Eyni zamanda heyvanların su qabları da tez-tez dəyişdirilir. Bundan əlavə, istidə müdafiə tədbirləri ilə bağlı bir şeyi də qeyd etmək lazımdır. Belə ki, hər bir heyvanın qəfəsində ağaclar olur. Bu da kölgəlik yaratmaqla onların istidən qorunması üçün bir vasitədir.  Ağac olmayan qəfəslərdə isə süni ağac və budaqlar  yerləşdirilərək müəyyən şərait qurulub. Bu  səbəbdən bu il istilərə görə ölən və ya zərər çəkən heyvanlar olmayıb”.


Şöbə müdiriinin sözlərinə görə, hazırda  Zooparkda 157 növ olmaqla 1251 baş heyvan və quş saxlanılır:

“Bunların 17 növünü  yırtıcılar, 3 növünü meymunlar, 16 növünü dırnaqlılar, 7 növünü gəmiricilər, 61 növünü quşlar, 12 növünü suda-quruda yaşayanlar və  sürünənlər, 41 növünü isə balıqlar təşkil edir”.

A.Hacıyeva qeyd edib ki, hazırda Zooparka yeni heyvanların gətirilməsi ilə bağlı danışıqlar aparılır və  onların payız fəsli üçün gətirilməsi nəzərdə tutulub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi