Modern.az

Qubada itkin düşən uşaq anasına belə qovuşdu - YENİLƏNİB - FOTOLAR+VİDEO

Qubada itkin düşən uşaq anasına belə qovuşdu - YENİLƏNİB - FOTOLAR+VİDEO

Aktual

30 Avqust 2017, 12:44

İki gün öncə Qubada itən uşaq bu gün saat 09:45-də tapılıb. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O qeyd edib ki, uşaq artıq ailəsinə təhvil verilib:

“Axtarışda FHN Şimal Regional Mərkəzinin xilasediciləri və polis əməkdaşları iştirak edib”. 

Hadisə Qubanın Əski İqrığ kəndində baş verib. Belə ki, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdü.

Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri də cəlb olunmuşdu.

***

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.
Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu.

 

Üç gün ərzində FHN-nin əməkdaşları tərəfindən fasiləsiz əməliyyat axtarış tədbirləri həyata keçirilib.

***

Modern.az "Report"a istinadən azyaşlı Natiq Əliyevin valideynlərinə qovuşma anını təqdim edir:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi