Modern.az

Elmar Məmmədyarov Macarıstana gedir

Elmar Məmmədyarov Macarıstana gedir

Aktual

30 Avqust 2017, 10:33

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.

Tədbirdə E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi