Modern.az

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Aktual

30 Avqust 2017, 10:38

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı davam edir.

Abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

30 avqust saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi