Modern.az

ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb

Aktual

30 Avqust 2017, 11:30

ABŞ-ın xam neft ehtiyatları azalıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) bildirib.

 

Qeyd olunub ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 5,8 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 1,75 milyon barrel azalacağı istiqamətində idi. ABŞ-da benzin ehtiyatları hesabat həftəsində 476 min barrel artıb.

 

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi