Modern.az

Erməni deputatlar Bakıya gəlir: “Qarabağ məsələsini qaldıracayıq”

Erməni deputatlar Bakıya gəlir: “Qarabağ məsələsini qaldıracayıq”

Aktual

30 Avqust 2017, 15:07

Sentyabrın 20-də Avronestin Bakıda keçiriləck plenar iclasına Ermənistan parlamentinin 2 deputatı da gələcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan məlumat verib.

 

“Qarabağ məsələsini gündəlikdə qaldırmamaqla bağlı “centlmen razılaşması”na baxmayaraq, imkan tapıb məsələni işıqlandıracayıq”.

 

Xatırladaq ki, erməni siyasətçinin Bakıya sonuncu səfəri 2012-ci ildə baş tutmuşdu. Həmin vaxt “İrs” partiyasının sdəri Raffi Ovannisyan Siyasi Partiyaların Beynəlxalq Konfransına qatılmışdı.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi