Modern.az

Avronest PA-ya üzv ölkələrin deputatları Bakıya gəlir  

Avronest PA-ya üzv ölkələrin deputatları Bakıya gəlir   

30 Avqust 2017, 15:59

Azərbaycan Milli Məclisinin Avronest PA-da nümayəndə heyətinin təşəbbüsü ilə Avronest Parlament Assambleyası çərçivəsində  22 sentyabr 2017-ci il tarixində Bakıda “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.

Modern.az xəbər verir ki, bu tədbir Azərbaycan Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi