Modern.az

Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir

Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir

30 Avqust 2017, 17:25

Ukrayna daxili işlər naziri Arsen Avakovun keçmiş məsləhətçisi İlya Kiva Polşadan Ukraynaya keçməyi planlaşdıran Mixail Saakaşvilini qarşılamağa gedəcək hər kəsi, o cümlədən Radanın deputatlarını güllələcəyini deyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiva Saakaşvilini və onun tərəfdarlarını təxribatda ittiham edib.

“Saakaşvilinin tərəfdarları böyük təxribat hazırlayır. Onlar “Mişka-Maydan” planı həyata keçirmək istəyir. Amma şərq cəhbəsində olduğu kimi satqınları yerindəcə güllələyəcəyik. Yuliya Timoşenkonu da, Sergey Leşenkonu da, Semen Semençenkonu və s.”.

 

Qeyd edək ki, Mixail Saakaşvili sentyabrın 10-da Polşanın “Krakovets” sərhəd-keçid məntəqəsindən Ukraynaya daxil olmağı planlaşdırır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi