Modern.az

Məhərrəm Əliyev səfir postundan geri çağırıldı

Məhərrəm Əliyev səfir postundan geri çağırıldı

Təhsil

26 May 2011, 18:54
Modern.az saytının məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Abış oğlu Əliyevin fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq bu sərəncamı imzalayıb.

M.Əliyevin səfir kimi səlahiyyət müddəti bir neçə gün öncə başa çatmışdı.

 Qeyd edək ki, Məhərrəm Əliyev uzun illər Bakı Şəhər Baş Polis İdarəsinə rəhbərlik edib.

Məhərrəm Əliyev 1951-ci ildə Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. 1973-cü ildə Moskva şəhəri Jdanov rayon Daxili İşlər İdarəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980-92-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.

1985-ci ildə Moskvada Ümumittifaq Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.

1995-ci ildə Prezidentin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

1993-cü ildən noyabrından 2007-ci iyun ayınadək Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
2007-ci ildə bu günədək Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri idi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular