Artıq evə buraxılan jurnalist dövlət başçısına təşəkkür edib
Eynulla Fətullayev həbsxanadan buraxılıb. Jurnalist özü açıqlamasında artıq evlərində olduğunu bildirib. (APA)
E. Fətullayev imzalanmış sərəncama münasibət bildirərkən bunları söyləyib: “Sadəcə onu deyə bilərəm ki, azadlıq qeyri-azadlıqdan daha yaxşıdır. Bu mənim üçün möcüzəli bir hadisədir. Mən hələ bu hadisəni dərk etməmişəm, bilmirəm nə baş verir. Sərəncamın icrasının dərhal yerinə yetirilməsinə görə isə yalnız təşəkkür edə bilərəm”.
E. Fətullayev bundan sonrakı fəaliyyəti haqqında danışmaq istəməyib.