Modern.az

BDU-nun prorektorları işdən çıxarıldı (SİYAHI)

BDU-nun prorektorları işdən çıxarıldı (SİYAHI)

26 May 2011, 20:32

Respublikada aparılan kadr islahatları ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) bəzi prorektorlar dəyişdirilib. BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a bildirib ki, 7 prorektordan 4-nün əvəzinə yeni kadrlar təyin edilib.
 
Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin əvəzinə universitetin Elmi Hissəsinin müdiri, professor İradə Əliyeva, Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin yerinə Fizika fakültəsinin kafedra müdiri, professor Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimovun əvəzinə Tarix fakültəsinin dekanı, professor Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilib.

Yeni təyinatlar zamanı kadrların yaşı, xarici dil və müasir idarəçilik üçün tələb olunant digər bilgilər də nəzərə alınıb. 

Dəyişikliklərə əsasən, Beynəlxalq əlaqələr üzrə prorektoruluğun adı beynəlxalq əlaqələr və əməkdaşlıq, Humanitar məsələlər üzrə prorektorluğun adı Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr, Elmi işlər üzrə prorektorluğun adı Elm və innovasiyalar, Tədris işləri üzrə prorektorluğun adı isə tədrisin təşkili və təlim texnologiyaları adlandırılıb, qiyabi və əlavə təhsil üzrə prorektorluq həmin prorektorluğa birləşdirilib.

Vəzifədən çıxan əməkdaşlar ixtisaslarına uyğun başqa işlə təmin ediliblər.

Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər