Modern.az

"Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı

"Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı

Aktual

1 Sentyabr 2017, 18:47

Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti futbolçu transferini həyata keçirib. Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi