Modern.az

Türkiyədə 9 milyon il əvvələ aid heyvan qalıqları tapıldı

Türkiyədə 9 milyon il əvvələ aid heyvan qalıqları tapıldı

Aktual

2 Sentyabr 2017, 15:30

Türkiyənin Kapadokya bölgəsində yaşayış sahəsi üçün başladılan qazıntı zamanı 9 milyon il əvvələ aid heyvan qalıqları aşkarlanıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ərazidə Qazi və Van Yüzüncü İl Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılır.

 

Bölgədə təxminən bir aydır aparılan tədqiqat nəticəsində üçdırnaqlı at, donuz, qoyun, keçi, zürafə, öküz, kərgədan, fil kimi bir çox böyük və kiçik heyvanların sümükləri aşkar edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi