Modern.az

Saakaşvilinin qardaşını da Ukraynadan qovurlar - RƏSMİ 

Saakaşvilinin qardaşını da Ukraynadan qovurlar - RƏSMİ 

Aktual

2 Sentyabr 2017, 16:04

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvilinin Ukraynadan deportasiya olunacaq. 

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu haqda Ukraynanın daxili işlər nazirinin keçmiş məsləhətçisi İlya Kiva məlumat verib.

 

"Mixail Saakaşvilinin qardaşı ölkədə qalma rejimini pozulduğuna görə saxlanılıb. Miqrasiya xidməti və polis onu saxlayıb və deportasiya etməyə hazırlaşırlar", - deyib o, vurğulayıb.

 

Qeyd edək ki, M. Saakaşvilinin özü bildirmişdi ki, Ukraynanın daxili işlər naziri Arseniy Avakovun adamları qardaşını evdən çıxan zaman saxlayıblar. 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi