Modern.az

Füzulidə şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanıb

Füzulidə şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanıb

Aktual

2 Sentyabr 2017, 16:48

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da qeyd olunub.  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanıb. Alı Alıyev rayon sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.

İcra başçısının tapşırığı ilə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Allahverdiyeva sahibə İdris qızının ailəsinə baş çəkib, onlara bayram sovqatı təqdim edilib,  Qurban bayramlarını təbrik ediblər.

Bayram münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ərazidəki icra nümayəndələri tərəfindən hər bir kənd və qəsəbədə qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanılıb, Bakı və Sumqayıt şəhərində məskunlaşan şəhid ailələrinə isə bayram sovqatları verilib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi