İndoneziyada güclü zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin cənub-şərqində Sumatra adasında baş verib. Zəlzələ 5,2 bal gücündə qeydə alınıb.
Zəlzələnin bölgəyə yaxın yerlərdə də hiss olunduğu və son 2 gündə 4-cü dəfə baş verdiyi bildirilib. Dağıntı və insan təlafatı yoxdur.
Modern.az