Meksikada qasırğa səbəbindən dağıntı və tələfat olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Lidya adlanan tropik qasırğa nəticəsində 4 nəfər ölüb. Onlardan 2 nəfər elektrik vurması, digər 2 nəfər isə əmələ gələn sel sularında boğulm nəticəsində həyatını itirib.
Evlərin və qəsəbələrin tamamilə su altında qaldığı bildirilib. Ölü sayının artacağı istisna edilmir.
Bundan əlavə meksikada olan 20 minə yaxın turist də çıxılmaz vəziyyətdə qalaraq vətənlərinə qayıda bilmir.
Modern.az