Modern.az

Gəncədə ağır qəza

Gəncədə ağır qəza

3 Sentyabr 2017, 00:15

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, "Niva" markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, "Mercedes-Benz" markalı avtomobil toqquşub. Hadisə zamanı "Niva" markalı avtomobilinin sürücüsü və sərnişini, habelə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin – 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir

Hadisəyə səbəb kimi "Niva" markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU