Modern.az

Məhəmmədrəsul Məcidov  3-cü dəfə dünya çempionu olub

Məhəmmədrəsul Məcidov  3-cü dəfə dünya çempionu olub

Aktual

3 Sentyabr 2017, 00:29

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub. Modern.az "Report"a istinadən xəbər verir ki, 91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb.

Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl 2011 və 2013-cü illərdə dünya çempionu olub. Onun aktivində 2013-cü ildə Avropa çempionluğu, "Bakı 2015" I Avropa Oyunları və "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal da var.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi