Modern.az

Şimali Koreya hidrogen döyüş başlığını sınaqdan keçirdi  

Şimali Koreya hidrogen döyüş başlığını sınaqdan keçirdi   

Aktual

3 Sentyabr 2017, 11:17

Şimali Koreya qitələrarası ballistik raketlərin təchizatı üçün hidrogen döyüş başlığını uğurlu sınağı barədə məlumat yayıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda bəyanatı Şimali Koreyanın mərkəzi televiziyası elan edib.

Rəsmi Pxenyan iddia edir ki, sınaq uğurla keçib və radiasiya sızması baş verməyib.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bildirmişdi ki, ölkəsi hidrogen bombası yaradıb.

Bazar günü səhər Şimali Koreya ilə qonşu ölkələr yeraltı təkanlar qeydə alınıb. Yaponiya və Cənubi Koreya bu zəlzələnin süni mənşəli olduğunu istisna etməyərək, Şimali Koreyanı günahlandırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi