Modern.az

Gəncədə avtomobili vurulan sürücü döyüldü

Gəncədə avtomobili vurulan sürücü döyüldü

Aktual

4 Sentyabr 2017, 11:03

Gəncədə sürücü döyülüb.

 

Modern.az-ın APA-ya isyitinadən məlumatına görə, Gədəbəy rayon İnəkboğan kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elzamin Ədalət oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə, E. Abbasov Gəncədə avtomobili ilə hərəkətdə olarkən başqa bir avtomobil arxadan ona çırpılıb. Qəzadan sonra digər avtomobilin sürücüsü yerə düşərək, E. Abbasovu döyüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi