Oyunun 71-ci dəqiqəsində rəqib Miçel Cevoninin avtoqolu ilə komandamız 4:0 hesabı ilə önə keçir.
Oyunun 74-cü dəqiqədə isə San Marinonun oyunçusu Palazzi fərqlənərək hesab arasındakı fərqi azaldıb. Amma bu da oyunda vurulan son qol olmayıb. Oyunun 81-ci dəqiqəsində Rəşad Sadıqov cərimə zərbəsini dəqiq yerinə yetirərək millimizin 5-ci qolunu vurub. Bununla da milli komandamız tarixində ən böyük hesablı qələbəsini qazanıb.
21:13
Oyunun ikinci hissəsində Azərbaycan milli komandası daha bir dəfə fərqlənib. Modern.az xəbər verir ki, əks hücum zamanı müdafiəçilərdən yayınan Əfran İsmayılov özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub.
20:26
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçirilir. Modern.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası doğma meydanda San Marino millisi ilə qarşılaşır. Azərbaycan millisinin üstünlüyü ilə keçirilən oyunun 20-ci dəqiqəsində hesab açılıb.
Millimizin 22 nömrəli oyunçusu Əfran İsmayılov gözəl qolla milli komandamızı hesabda irəli çıxarıb.
Oyunun 25-ci dəqiqəsində isə Araz Abdullayev fərqlənib. Hazırda oyunda hesab 2:0 Azərbaycan milli komandasının xeyrinədir.
Qeyd edək ki, komandalar oyuna aşağıdakı heyətlə çıxıb:
Azərbaycan: 23. Səlahat Ağayev, 3. Maqomed Mirzabekov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 1.Kamran Ağayev, 12.Anar Nəzirov, 2. Qara Qarayev, 4.Pavel Paşayev, 5. Ürfan Abbasov, 8.Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov.
San Marino: 1. Aldo Simonçini (kap.), 2 Davide Çezarini, 3. Andrea Qrandoni, 4. Mikele Çevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni, 11. Alessandro Qolinuççi, 13. Alessandro Della Valle, 14. Mikele Çervellini, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini.
Ehtiyat oyunçular: 12. Cacomo Muraççini, 23. Mattia Mantsaroli, 5. Fabio Vitayoli, 8. Mixael Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş.
Modern.az