Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə Myanmada baş verənləri müzakirə edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu Məhəmməd Cavad Zərifi ilə telefon danışığı zamanı əsas müzakirə mövzusu Myanmanın Arakan əyalətində müsəlmanların vəziyyəti olub.
Qeyd edək ki, Arakanda müsəlmanlar kütləvi şəkildə qətlə yetirilir.
Modern.az