Özbəkistan Mərkəzi Bankı devalvasiya qərarı verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Özbəkistan milli valyutasının ABŞ dollarına məzənnəsi 1 dollar/8100 sum təyin edilib. Məlumata görə, bu gün Özbəkistan milli valyutasının rəsmi məzənnəsi 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.
Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb.
Modern.az