Modern.az

Avtomobil at arabasına çırpıldı: 2 yaralı

Avtomobil at arabasına çırpıldı: 2 yaralı

Aktual

5 Sentyabr 2017, 00:32

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Varlı kəndində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobilin at arabası ilə toqquşması nəticəsində kənd sakinləri, 1993-cü il təvəllüdlü Göyçəyev Semra Elşən oğlu və 1990-ci il təvəllüdlü Nuriyev Dərbənd Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. S.Göyçəyev Şirvan şəhər xəstəxanası, D.Nuriyev isə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi