Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın yeni ballistik raket sınaqlarına hazırlaşdığını yazıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raket yüklü nəqliyyat vasitələrinin ölkənin qərb sahillərinə doğru aparıldığı aşkarlanıb.
Ehtimal olunur ki, raket sınaqları Şimali Koreyanın yaradıldığı günə - 9 sentybara təsadüf edəcək. Buna qədər Şimali Koreya 6 nüvə sınağı keçirib.