Modern.az

Şahdağ Milli Parkındakı yanğın söndürülüb  

Şahdağ Milli Parkındakı yanğın söndürülüb   

Aktual

5 Sentyabr 2017, 11:50

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində başlamış yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb. Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 09:00-da söndürülüb. Yanğının söndürülməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi