Modern.az

15 yaşlı tələbə - FOTO

15 yaşlı tələbə - FOTO

Aktual

5 Sentyabr 2017, 12:18

2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU)  qəbul olan tələbələrdən biri - İsayev Elcan Sabir oğludur. Modern.az xəbər verir ki, onun 15 yaşı var.
İsayev Elcan 5 dekabr 2002-ci il tarixində Tovuz rayonunun Həsənli kəndində anadan olub. Hazırda rayonun Dondar Quşçu kəndindı yaşayır. ADAU-nun “meşəçilik” ixtisasını seçən E.İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyini əminliklə bildirir.

ADAU-da “meşəçilik” ixtisası yalnız dövlət sifarişli ixtisaslardan biridir. Qeyd edək ki, 2017/2018-ci tədris ilində respublikada ən yaşlı abituriyent- Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi