Modern.az

Qonşusunu və onun qızını döyən şəxs yaxalandı  

Qonşusunu və onun qızını döyən şəxs yaxalandı   

5 Sentyabr 2017, 13:18

Sentyabrın 3-də Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib. Səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Vəliyev tutulub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi