Modern.az

YAP prezident seçkilərinə  hazırlaşır - AÇIQLAMA  

YAP prezident seçkilərinə  hazırlaşır - AÇIQLAMA   

5 Sentyabr 2017, 13:41

“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Nizamnaməsinə əsasən, rayon təşkilatlarında konfranslar keçirilir. Bu konfranslarda regional təşkilatların rəhbərliyi partiya qarşısında hesabat verir. Həmin konfransların qarşıdan gələn prezident seçkilərinə birbaşa aidiyyatı yoxdur. Amma keçirilən konfranslarda qarşıdan gələn prezident seçkilərinə hazırlıq, ötən seçkilərin nəticələri, seçkiləri daha da yaxşı keçirmək üçün işlərin təkmilləşdirilməsi məsələsi ümumən müzakirə edilir”.


Bu sözləri Modern.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə deyib.

YAP rəsmisi bildirib ki, 2018-ci ildə keçirləcək prezident seçkilərində hakim partiyanın namizəd məsələsi bu gün gündəlikdə deyil.

“Hazırda bu məsələ partiyanın gündəliyində deyil. Əlbəttə ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə YAP öz namizədini irəli sürəcək”.


A.Mirzəzadə YAP-ın VI qurultayının keçirilməsinin də gündəlikdə olmadığını deyib.


“Bu barədə hər hansı bir məlumatım yoxdur. Ona görə də partiyanın qurultayının nə zaman keçiriləcəyi barədə məlumat verə bilmərəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi