Modern.az

Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

5 Sentyabr 2017, 15:03

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Bakıya Qazaxıstana səfər etdikdən sonra gələcək. Virtualaz.org bildirir ki. bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.

 

Xatırladaq ki, sentyabrın 10-11-i tarixlərində Ərdoğan iki günlük səfərlə Azərbaycana gəlməli idi. Həmin günlər ərzində Azərbaycan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsi nəzərdə tutulmuşdu.

 

Lakin sonradan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, Ərdoğanın səfəri dövlət başçısının iş qrafikində baş vermiş dəyişikliklərlə bağlı təxirə salınıb.

 

“Daily Sabah” yazır ki, sentyabrın 8-dən 10-na qədər Ərdoğan Qazaxıstanda səfərdə olacaq və burada ölkə prezidenti Nursultan Nazarbayevlə görüşəcək.

 

Bir həftə sonra isə Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcək. Bu tədbir 19-25 sentyabr tarixlərində keçiriləcək. (virtualaz.org)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi