Bir həftədən sonra Rusiya Polşa, Litva, Latviya, Estoniya, Ukrayna və Finlandiya sərhədləri yaxınlığında “ Qərb-2017” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq.
Rusiya Müdafiə Nazirliyi sentybarın 14-dən 2-nə qədər davam edəcək təlimlərin müdafiə xarakterli olacağını bildirib.
Modern.az Almaniyanın “Bild” qəzetinə isitnadən xəbər verir ki, Avropa bu təlimlərdən ciddi narahatlıq keçirir və Kremlə inanmır.
“Region ölkələri Rusiya Müdafiə Nazirliyinin bəyənatını ciddi qəbul etsələr, çox səhv addım atmış olarlar” – deyə Litva Müdafiə Nazirliyinin rəsmisi Robertas Şapronas deyib. Onun sözlərinə görə əvvəlki illərdə keçirilən “Qərb-2009” və “Qərb-2013” təlimləri də müdafiə məqsədli olmayıb.
Avro-Atlantik Əəmkdaşlıq Məerkəzinin rəhbəri Andreas Umland da eyni fikirdədir.
“Ukraynanın cənubuna və şərqinə müdaxilə edən Rusiyanın bəyanatlarına daha az inamla yanaşırlar”.
Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında hərbi təlimlərə 5,5 min hərbçinin qatılacağını, onlardan 3 min nəfərinin Belarus ərazisində dislokasiya olunacağını bildirib. Finlandiyalı hərbi ekspert Andreas Turunen isə təlimlərin əsl miqyasının ictimaiyyətdən gizlədildiyini deyib.
“Fikrimcə, təlimlərdə 100 mindən 240 minə qədər hərbi qulluqçu qatılacaq”.
Turunenin fikrincə, təlimlərdə 250 tankın, 200 artilleriya qurğusunun, 70 döyüş təyyarəsinin və 10 hərbi gəminin iştirakı bu iddiaları alt-üst edir.
Avropalı ekspertlərin fikrincə, Vladimir Putinin əsas məqsədi region ölkələrini qorxu altında saxlamaq və Belarusun Kremlin tam nəzarəti altında olduğunu göstərməkdən ibarətdir.